Sağlamlıq 11:32 17.01.2019

Səhiyyə Nazirliyindən xəstəxanalardakı vəziyyətlə bağlı açıqlama

Azərbaycanda yanvarın 16-dan 17-nə keçən gecə hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar xəstəxanalara müraciət edən olmayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hava şəraitinə görə xəsarət alan olmayıb. 

Xatırladaq ki, ötən gün səhiyyə naziri Oqtay Şirəliyev ölkə əhəmiyyətli iri tibb müəssisələrinin rəhbərləri ilə şəxsən görüşüb və onlara gücləndirilmiş iş rejiminə keçmələri barədə tapşırıqlar verib. Eyni zamanda digər tibb müəssisələrinin rəhbərlərinə telefonoqramlar göndərilib. Tibb müəssisələri tam hazır vəziyyətə gətirilib.