"Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”sinə dəyişiklik edilib.
Qaynarinfo xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev iyunun 2-də fərman imzalayıb.
Fərmana əsasən Səhiyyə Nazirliyinin vəzifələri artırılıb.
Belə ki, sənədə edilən əlavəyə əsasən Səhiyyə Nazirliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələri istisna olmaqla, digər tibb müəssisələrinin akkreditasiyasını həyata keçirəcək.
Eyni zamanda, Prezident İlham Əliyevin iyunun 2-də imzaladığı fərmanla "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”ndə də dəyişikliklər edilib. Sənədə edilən əlavəyə əsasən, Agentlik TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin akkreditasiyasını həyata keçirəcək.
Şərhlər