Sənət 12:25 10.06.2020

Şəhriyar del Gerani koronavirusa yoluxdu: "Allahdan gələn qəbulumdu"

Tanınmış şair Şəhriyar del Gerani koronavirusa yoluxub. 

Qaynarinfo xəbər verir ki, o, bu barədə "Facebook" hesabında yazaraq bildirib. 

Ş qeyd edib ki, "Covid 19" testinin nəticəsi pozitiv çıxıb:

"Amma qəti şəkildə neqativə köklənmək olmaz. Allahdan gələn hər nə var, qəbulumdu. Canım üstə, gözüm üstə, ömrüm üstə yeri hər bəlanın, hər xəstəliyin, hər dərdin. Allah hər şeyi görür və bilir. Duaların göy üzündə Allaha çatan yeri var, mən buna həmişə inanmışam, indi də inanıram.  Hər şey yaxşı olacaq. Allah necə haqdı!"