Şəhriyar Məmmədyarov Norveç superturnirində sonuncu yeri tutub

Şəhriyar Məmmədyarov Norveç superturnirində sonuncu yeri tutub

Norveçin Stavanqer şəhərində keçirilən şahmat üzrə superturnir cümə günü 9-cu partiyanın oyunları ilə başa çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Turnirin qalibi sona bir tur qalmış norveçli hazırkı dünya çempionu Maqnus Karlsen olub.

Karlsen 13,5 xal toplayıb. İkinci yeri erməni Levon Aronyan və çinli Yuy Yanyi (hərəyə 10,5 xal) tutub. Sonrakı yerlərdə amerikalı Uesli So və Fabiano Karuana (10), çinli Din Lijen (8,5), hindistanlı Vişvanatan Anand və fransalı Maksim Vaşye-Laqrav (8) qərarlaşıb.

Yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov 5,5 xal toplayıb və rusiyalı Aleksandr Qrişukla sonuncu pilləni bölüşüb.
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR