Video 13:09 29.01.2019

Səhv diaqnoza görə ayaqları tutulan meyxanaçı: “Çürümə ola bilər” (VİDEO)

Bir müddət əvvəl əməliyyat olunan meyxanaçı İntiqam Rüstəmov səhhətindən danışıb. 

Qaynarinfo xəbər verir ki, ARB TV-nin "Səhər-Səhər” verilişinə açıqlama verən ifaçı ayaqlarının tutulduğunu deyib. O bildirib ki, səhhətindəki problemə səbəb səhv diaqnoz qoyulması olub:

"Ayaqlarım əsəblə əlaqədar tutulmuşdu, indi şükür Allaha açılıb. Ayaq damarlarım dartılırdı, tərpənə bilmirdim. Sinir elə sıxılıb ki, çox böyükdür, çürümə ilə nəticələnə bilər. Rusiyada tədbirə getməli idim, bileti də qaytardım, Ehtiram isə orada idi, gəlmək istəyirdi, qoymadım. Dostlar hamı zəng etdi, Rəvan Qarayev, Namiq Məna və çox dostlar gəldi”.