Ölkə 12:25 15.07.2020

Səid Dadaşbəyli azadlıqda (FOTO)

Dövlət çevrilişinə cəhd və vətənə xəyanətdə təqsirli bilinərərək azadlıqdan məhrum edilən Səid Dadaşbəyli azadlığa buraxılıb.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, onun 14 illik azadlıqdan məhrumetmə cəzası başa çatıb.

Qeyd edək ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin keçridiyi əməliyyatla saxlanılan S.Dadaşbəyli və daha 14 nəfər Cinayət Məcəlləsinin 218-ci maddəsi (cinayətkar birlik yaratma), 274-ci maddəsi (dövlətə xəyanət), 28.2-ci maddəsi (yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq), 180.3.1-ci maddəsi (soyğunçuluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 278-ci maddəsi (hakimiyyəti zorla ələ keçirmə və zorla saxlama), 228-ci maddəsi (qanunsuz odlu silah saxlama), 204-cü maddəsi (saxta pul və qiymətli kağzlar hazırlama və ya satma), 234-cü maddəsi (qanunsuz olaraq narkotik vasitələri saxlama və daşıma) maddələri ilə təqsirli bilinərək 12-14 il arası azadlıqdan məhrum edilmişdilər.