Video 12:36 29.03.2018

Səidə Sultan: “Söz atdım, peşmanam...” (VİDEO)

"ARB Ulduz"un "Virtual Həyat” verlişinin bu dəfəki buraxılışında məhşurlarla maraqlı sorğu keçirilib.

Qaynarinfo xəbər verir ki, tanınmış simalar həyatlarında yaşadıqları peşmanlıqları dilə gətiriblər:

Ramal İsrafilov: "Əgər mən arxaya baxıb gördüklərimi yaşamasaydım, indi özümə gələ bilməzdim. Güclü olmaq lazımdır. Bu sualı zəif adamdan soruşsan, o, başlayacaq peşmanlıqlarını danışmağa. Ancaq mən onları yaşamasaydım, özümə gəlməzdim. Şükür, keçənlərə və gələcəyimizə”.

Lətifə Soyuöz: "Mən bu həyatda heç vaxt heç nə üçün peşman olmamışam. Olan hər bir şeydən özüm üçün dərs çıxarmışam. Olanlara İlahi dərs kimi baxıram. Hansısa hadisə həyatımda baş verdisə, deməli, Allah bununla mənə dərs verdi və dedi ki, bundan sonrakı addımlarında ehtiyatlı ol”.

Məşhurların bir qismi isə peşmanlıq çəkdikləri nüansın, məhz onların özlərinə yaxın bildiyi şəxslər tərəfindən aldıqları zərbələrlə bağlı olduğunu etiraf edib:

Hacı Nazim: "Mən sənətdə olan bəzi adamlara özünə layiq olmayan qiyməti vermişəm. Mən artıq onu etmirəm, əvvəlki Nazim deyiləm”.

Səidə Sultan: "Bəzi lazım olmayan insanların ağzına söz atdım. Bunun peşmanlığını çəkirəm. Elə bil ki, lazımsız insanların ağzına söz atdım”.