Şəkər nə vaxt dəfn olunacaq - Atasını gözləyirlər...

Şəkər nə vaxt dəfn olunacaq - Atasını gözləyirlər...

Ötən gün Bakı Dövlət Universietinin 2 saylı yataqxanasında qida zəhərlənməsindən vəfat edən həmin universitetin tələbəsi, 20 yaşlı Xasmətova Şəkər Faiq qızının meyiti ailəsinə təhvil verilib.
"Qafqazinfo” xəbər verir ki, onun meyiti hadisə günü doğulduğu Qusar rayonunda aparılsa da, dəfn mərasimi sabah baş tutacaq.

Mərhumun yaxınları Şəkərin atası Faiq Xasmətovun bu gün Rusiyadan gəlməsini gözləyirlər.

Qeyd edək ki, BDU-nun Fizika fakültəsinin IV kurs tələbəsi olmuş Şəkər nişanlı idi. Xəstəxanaya gələnə qədər nişanlısı onun ölümündən xəbərsiz olub. O, Şəkərin öldüyünü xəstəxanada öyrənib.

Onu da əlavə edək ki, Şəkərlə yanaşı, onun otaq yoldaşları, Quliyeva Dilrubə və İbadova Həmidə də qidadan zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Hər iki tələbənin durumunun yaxşı olduğu bildirilir.
XƏBƏRLƏR
BLOGLAR