Siyasət 15:37 09.10.2013

SEÇKİ: Nə qədər adam səs verib? - YENİLƏNİR (15:00)

15:37

Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkiləri ilə bağlı saat 15.00-a olan nəticələri açıqlayıb.

MSK sədri Katibliyinin “Seçkilər” İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 15.00-a olan məlumata görə, seçicilərin 2 987 213 nəfəri səsvermədə iştirak edib.
 
Ölkə üzrə ümumi seçici fəallığı isə 58,05 faiz təşkil edib.
 
Qeyd edək ki, ölkə üzrə 125 seçki dairəsi üzrə 5 492 seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərin ümumi sayı 5 milyon 145 min 643 nəfərdir.

12:50

Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkiləri ilə bağlı saat 12.00-a olan nəticələri açıqlayıb.

APA-nın məlumatına görə, MSK Katibliyinin “Seçkilər” İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 12.00-a olan məlumata görə, seçicilərin 1 894 050 nəfəri səsvermədə iştirak edib.
 
Ölkə üzrə ümumi seçici fəallığı 36,81 faiz təşkil edib.
 
Qeyd edək ki, ölkə üzrə 125 seçki dairəsi üzrə 5 492 seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərin ümumi sayı 5 milyon 145 min 643 nəfərdir.
 
Xatırladaq ki, MSK-nın 115 nömrəli “Qaynar xətt”inə səsvermənin gedişi zamanı baş verən qanun pozuntuları, qeyri-qanuni hərəkətlər, seçici siyahılarında olan problemlərlə bağlı zəng vuraraq məlumat vermək mümkündür.

10:40

Bakı vaxtı ilə saat 10.00-a Azərbaycan prezidentinin seçkisində 937 465 nəfər səs verib.

Qaynar.info-nun verdiyi xəbərə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının yaydığı məlumatda bildirilir.

_____________________


09:00

Bu gün Azərbaycanda keçirilən prezident seçkiləri keçirilir.

Seçkilərdə 10 namizəd iştirak edir.

Bunlar hazırkı dövlət başçısı, YAP sədri İlham Əliyev, BAXCP sədri Qüdrət Həsənquliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Demokratik Qüvvələrin Milli Şurasının namizədi Cəmil Həsənli, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Məmmədov və namizədliyi özü tərəfindən irəli sürülmüş Zahid Orucdur.    
 
Ölkə üzrə 5 milyon 145 min 643 nəfər səsvermə hüququna malikdir. Seçicilər 125 Seçki Dairəsi üzrə 5491 seçki məntəqəsində səs verəcəklər. Seçki məntəqələrinin 5273-nün fəaliyyəti daimi, 219-nun fəaliyyəti isə müvəqqəti xarakter daşıyır.
 
Səsvermə saat 19.00-da başa çatacaq. Bundan sonra səslərin sayılmasına başlanacaq. Mərkəzi Seçki Komissiyası səsvermənin gedişi ilə bağlı gün ərzində 5 dəfə - 10.00, 12.00, 15.00, 17.00, 19.00-da ilkin məlumatlar yayacaq.

Azərbaycandan kənarda yaşayan seçicilər üçün xarici ölkələrdə olan diplomatik nümayəndəliklərdə 38 seçki məntəqəsi yaradılıb. Xaricdə 12 mindən artıq seçici səs verə biləcək.
 
Məkkədə Həcc ziyarətində olan Azərbaycan vətəndaşları üçün də səsvermədə iştirak üçün şərait yaradılıb. Səsvermə prosesinin həyata keçirilməsi üçün Məkkə şəhərində 1 seçki məntəqəsinin yaradılıb. Bu məntəqədə 3700-ə yaxın Azərbaycan vətəndaşının səsvermədə iştirakı təmin ediləcək.
 
Seçkilər ümumilikdə 52 000-dək yerli müşahidəçi tərəfindən izləniləcək. Seçkidə 100-ə yaxın ölkədən müşahidəçi iştirak edəcək. ATƏT, ATƏT PA, AŞPA, Avropa Parlamenti, MDB PA, eləcə də ayrı-ayrı ölkələrdən müşahidə missiyaları seçki prosesini izləyəcək.
 
Səsvermə prosesi 119 Seçki Dairəsi üzrə 1000 seçki məntəqəsində quraşdırılan veb-kameralar tərəfindən izləniləcək. 

Qaynar.info