Ekonomiks 13:07 15.09.2019

Şəki və Oğuzda gübrələrin güzəştli şərtlərlə sayyar satışı keçiriləcək

Mineral gübrələrin güzəştli şərtlərlə sayyar satış xidməti keçirilir. 

Qaynarinfo xəbər verir ki, sentyabr ayından etibarən "Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm öncəsi mövsümi mineral gübrələrin, xüsusən də, ammofos və nitroammofoska gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Növbəti satış xidməti sentyabrın 17, 18 və 19-da aşağıdakı kəndlərdə keçiriləcək:

17 sentyabr - Qaybaşı (Şəki), Padar (Oğuz)
17 sentyabr - Kiçik Dəhnə (Şəki), Xaçmaz (Oğuz)
19 sentyabr - Baş Layısqı (Şəki)

"Aqrolizinq” ASC bildirir ki, bu kəndlərə yaxın bütün kənd camaatı satışdan yararlana bilər. Bu barədə məlumat vermək xahiş olunur.

Səyyar satış zamanı qaydalar olduğu kimi qalır, yəni tələb olunan sənədləri: torpaq aktı və ya çıxarış, icra nümayəndəsindən ərizə-məlumat forması və şəxsiyyət vəsiqəsinin sürətini təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə edə bilərsiniz.

Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq üçün 1652 çağrı mərkəzi və (+99451) 2559383, (+99451) 2293207 əlaqə nömrəsinə müraciət edə bilərsiniz.