Video 14:19 10.07.2019

Şəki Xan Sarayının UNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsinə münasibətiniz necədir? (VİDEO)

UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Dünya İrs Siyahısına daxil edilib.

Bununla da Dünya İrs Siyahısına salınan Azərbaycan abidələrinin sayı 3-ə çatıb. Hazırda Şəki Xan Sarayı və Şəkinin qədim hissəsi ilə yanaşı "İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi”, "Qobustan Qaya Sənəti Mədəni Landşaftı” UNESKO-nun Ümumdünya İrs Siyahısında, həmçinin xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alır.

"Report”un əməkdaşları Şəki Xan Sarayının UNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsinə paytaxt sakinlərinin münasibətini öyrənib.