Foto 19:56 23.02.2019

Şəkidə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı həyata keçirilib (FOTOLAR)

"Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. 

Qaynarinfo xəbər verir ki, səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə güzəştli şərtlərlə azot gübrəsi əldə edirlər. 

Mövsüm başa çatmamış fermer təsərrüfatlarının azot gübrəsi ilə təmin olunması məqsədi ilə regionlar üzrə keçiriləcək səyyar satışa ilk olaraq Şəki və Oğuz  rayonlarından start verilib. İlk səyyar satış fevralın 22-də Şəkinin Aşağı Göynük kəndində həyata keçirilib.  Axsam saat 19:30-a qədər davam edən satış zamanı ümumilikdə 176 müraciət qeydə alınıb. Gün ərzində 48 ton azot, 3 ton nitroammafos gübrəsi üçün 90 qaimə üzrə satış həyata keçirilib.

Oğuz rayonunda isə bu gün səyyar satışa başlanılıb. Satış rayonun Xaçmaz kəndində yerləşən Məişət Evinin qarşısında həyata keçirilir.