Foto 15:27 10.03.2019

Şəkidə ağır yol qəzasında yaralananların sayı 10-a çatdı (ADLAR/FOTO/YENİLƏNİB)

Şəki şəhərində mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların sayı 10 nəfərə çatıb.

Qaynarinfo-nun report-a istinadən məlumatına görə, bu, "Mercedes" markalı mikroavtobusun Qax rayonundan olan 1987-ci il təvəllüdlü sürücüsü Əliyev Akşin Adil oğludur.

O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağırdır.
 
***** 
Şəki şəhərində mikroavtobusun iştirakı ilə baş verən qəzada yaralananların adları məlum olub.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, yaralananların əkəsəriyyəti Qaxdan Bakı istiqamətində hərəkətdə olan "Mercedes" markalı mikroavtobusun sərnişinlərdir.

Yaralılar bunlardır:
Bakı sakini-53 yaşlı-İsa Bədrəddin oğlu Hacıyev
Cəlilabad rayon sakini-26 yaşlı-Fərid Zakir oğlu Səmədov
Qax rayon sakini-24 yaşlı Elməddin İsrafil oğlu İsrafilov
Qax rayon sakini-36 yaşlı Tural Abdulla oğlu Babayev
Qax rayon sakini-25 yaşlı Nailə Nəsib qızı Seyidova
Qax rayon sakini-22 yaşlı Abdul Məcid oğlu Seydəliyev
Bakı sakini-26 yaşlı Ülfət Qulam oğlu Məmmədli
Qax rayon sakini-32 yaşlı-Neyman Nəriman oğlu Nurməmmədov
Qax rayon sakini-5 yaşlı Vüqar Emin oğlu Həzrətov

Şəki rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə,yaralılardan 25 yaşlı Nailə Seyidovanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.Digər yaralılar cərrahiyyə şöbəsində müalicə olunur.

***11.07 

Şəki şəhərində 9 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, hadisə səhər saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistralının yolun Şəki rayonu Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində olub. 

99-HD-777 dövlət qeydiyyat nişanlı "Toyota Prado” markalı avtomobillə "Mercedes Vito” markalı mikroavtobus toqquşub.

Nəticədə 9 nəfər bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.