Şəkil çəkdirmək üçün iş gör(ver)ənlər

Şəkil çəkdirmək üçün iş gör(ver)ənlər

Qafqaz Rafiqoğlu
 
İş insanın cövhəridi. Atalar belə deyib. Amma balalar o "iş"in nədən ibarət olduğu anlamadılar. Bəlkə də anlıya bilərdilər, amma dövrün tələbləri onu diqtə etdi ki, anlamayın. 

İşin sahəsinin bir önəmi yoxdu. Çalışmaq fiziki və ya zehni olmağından asılı olmayaraq, addım-addım insanı ucaldır, həm cəmiyyət üçün yararlı edir, həm də gördüyün işin dəyəri varsa, cəmiyyət də yararlanır. Çox da fəlsəfə xırdalamaq fikrim yoxdu.

Ölkədə gələcəyinə böyük ümid bəslədiyimiz bütün sahələr üzrlə yeni inkişaf mərhləsinin start fiti çalınandan sonra, "işgörənlər" üçün əsl fürsət yaranıb. Datasyadan, qrantdan yararlanmaq üçün gecə yatıb, səhərə yaxın sayaqladıqları cümləni layihə adı ilə "soxuşdurmağa" çalışırlar. İstər hökümət, istər qeyri-hökümət, istər özəl təşkilat artistləri sahəsi üzrə mahiyyəti olan bir iş ortaya qoymaq əvəzinə, elə bir "iş" görüb, mahiyyətə, daha doğrusu madiyyata ulaşacaq təsirli şəkil çəkdirmə yarışına girişiblər. Sonra düşüb medianın canına başlıyırlar ki, "sən o yanındakı gözəl katibənin canı bunu manşet olmasa da, önəmli bir xəbər yerinə qoy, bəlkə mənə də bir paket pay qoydular".

"Gülməmmədov təşkilatı"nın təşkiçatçılığı ilə təşkil olunan təşkilati işlər öz uğuruna imza atdı. Oğulsan gəl axtar görüm burdakı uğuru tapa bilirsən. Məntiqi dərhal tərsinə döndərib, təşkilatın artistlərinin düşüncəsiylə yanaşsaq, uğur var. Nədi? Qranta layiq görülüb!

Əslində bu işləri görən insanlar potensialından istifadə etsə, bəlkə də normal bir iş ortaya çıxara bilərlər. Sadəcə asan və kəsə yolla gedib pul qazanmağı seçiblər. Təbii ki, maddiyat önəmlidi. Ancaq buna görə insan öz mahiyyətini xərcləməməlidir.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR