Video 14:26 03.09.2020

"Şəkili Sayka" tutuldu (VİDEO)

Abşeronda üzərində odlu silah gəzdirən Şəkili Sayka ləqəbli şəxs saxlanılıb.

Qaynarinfo BAKU.TV-yə istinadən xəbər verir ki, Mehdiabad Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Abşeron rayon sakini 38 yaşlı Seymur Məmmədov şübhəli şəxs qismində tutulub.

Üzərinə baxış keçirilən zaman ondan sellofana bükülü halda "Toz 8” markalı odlu silah 6 gülləsi ilə birgə aşkar olunub.

"Şəkili Sayka" saxlanılaraq istintaqa cəlb olunub.

Araşdırma zamanı məlum olub ki, Seymur Məmmədov həmin silahı Xırdalan şəhərində tanışına 500 manata satmaq istəyirmiş. O, əvvəllər də quldurluq və dələduzluq maddələri ilə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.