Səkkiz nəfər nişan tortundan zəhərləndi

Səkkiz nəfər nişan tortundan zəhərləndi

Ağdamda 8 nəfər nişan tortundan zəhərlənib.

"Report"un xəbərinə görə, hadisə rayonun Xındırıstan kəndində qeydə alınıb.

Belə ki, nişan tortu yedikdən sonra halı pisləşən 68 yaşlı Nazim Babayev, 60 yaşlı Nailə Babayeva, onların oğlu 41 yaşlı Babayev Ramil və onun uşaqları 13 yaşlı Nəzrin Babayeva, 11 yaşlı Nailə Babayeva və 7 yaşlı Orxan Babayev, eləcə də digər ailədən olan 35 yaşlı İmanova Amaliya, 42 yaşlı İmanova Gülbəs zəhərləniblər.

Onlar Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Hazırda vəziyyətləri orta ağırdır.

Qaynarinfo.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR