"Seksin poeziyası" kitabı - Azərbaycanda satışda!

Aysel Əlizadənin "Seksin poeziyası" adlı yeni şeirlər kitabı çapdan çıxıb. 

Qaynarinfo-nun verdiyi xəbərə görə, kitab Teas Press Nəşrlər Evinin  "Yay" yayınlarında çap edilib. 

Kitabda müəllifin son illər yazdığı yeni şeirləri toplanıb. Aysel Əlizadənin Qaynarinfo-ya dediyinə görə, nəşr evi ilə müqaviləni keçən yay bağlayıb. Özəl səbəblərdən kitabın bir müddət sonra çap olunmasını xahiş edib. 

"Bu kitabda ara-sıra mətbuatda çıxan və oxucuların sevdiyi şeirlər də yer alıb" - Aysel xanım deyib. 

Qeyd edək ki, "Seksin poeziyası" adlı şeirlər toplusu LİBRAFF mağazalar şəbəkəsində artıq satışdadı.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR