Siyasət 18:41 16.05.2018

Səməd Seyidov: “Məni 3 saat dindirdilər...”

"AŞPA-da yaradılan Müstəqil Araşdırma Qurumu 3 saat məni dindirib, onların suallarına cavab vermişəm”.

Modern.az-ın məlumatına görə, bu sözləri Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ona qarşı qurum tərəfindən tətbiq olunan sanksiya ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, suallar hər şeyin təkrar soruşulmasından ibarət olub: "Bizə təsir edirdilər, deyirdilər ki, "sadəcə etiraf edin ki, burda başqa işlərlə məşğul olursunuz, o zaman sizin adınız heç bir siyahıya salınmyacaq, heç bir sanksiya tətbiq olunmayacaq” və sair və ilaxır. Təbii ki, etiraf etmədik, çünki bunlar uydurma idi, etiraf etmək mümkün deyildi. Bax, bunların məqsədi elə burdan da məlumdur. Qərəzli niyyətləri vardı, yerinə yetirdilər”.

Qeyd edək ki, AŞPA Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsi korrupsiyada adı hallanan AŞPA üzvlərinə qarşı sanksiyalar tətbiq edib.

Sanksiyalar Pedro Aqramunta 10 il, digər üzvlər Sezar Florin Preda, Səməd Seyidov və Cordi Xuclaya qarşı 2 il ərzində qüvvədə olacaq.