Ölkə 08:00 09.04.2016

Şəmkirdə 4 otaqlı ev yandı

Şəmkirdə yanğın olub.

Qaynar.info Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Şəmkir rayonu, Xuluf kəndində vətəndaşa məxsus tikintisi başa çatmamış ümumi sahəsi 170 kv. m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 07:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qaynar.info