Ölkə 21:13 21.01.2021

Şəmkirdə jurnalist öldürüldü (FOTO)

Bu gün Şəmkir rayonunda qətl hadisəsi baş verib.

Qaynarinfo xəbər verir ki, rayon sakini Bəxtiyar Əliyev ov tüfəngindən atəş açılaraq öldürülüb. Onu rayon sakini Aslanov Vasif Elman oğlu güllələyib. Məlumata görə, B. Əliyev Vasif Aslanovu şantaj edirmiş.

Qətlə yetirilən şəxs özünü jurnalist kimi təqdim edib. Onun "Qərb bölgəsi press" adlı qəzetinin təsisçisi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.