Foto 23:10 02.04.2020

Şəmkridə kronovirusla bağlı son durum (FOTOLAR)

Şəmkir rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə intensiv tədbirlər görülür.

Rayon icra İcra Hakimiyyətinin İnformasiya Təminatı və Təhlili sektorunun müdiri Elgün Seyidov Qaynarinfo-ya  görülən işlər barədə  məlumat verib. 

Qurum rəsmisi bildirib ki, ilkin olaraq genişmiqyaslı dezinfeksiya işləri aparılır. "RİH tətəfindən Şəmkir Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları bütün lazımi avadanlıqlarla təchiz olunub, 100 nəfərdən ibarət 56 qrup yaradılıb, maşın və avadanlıqlar yüksək iş qabiliyyətinə gətirilib. Qeyri-yaşayış binaları, ticarət və xidmət obyektləri, prospekt və küçələr, körpülər, tunellər, yerüstü və yeraltı piyada keçidləri, avtomobil dayanacaqları, parklar və xiyabanlar, sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitələri, ödəniş terminalları, bankomatlar gündəlik dezinfeksiya olunur. 

Bundan başqa Rayon İcra Hakimiyyəti tərəfindən yaranmış mövcud vəziyyətdə əhalinin ərzaq təminatı ilə təmin olunması və qiymət artımına yol verilməməsi üçün marketlər və topdansatış məntəqələrində mütəmadi reydlər keçirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl olunur. Qəararların icrası və karantin rejminə müvafiq qurumlar tərəfindən ciddi nəzarət edilir. 

Qeyd edək ki, bu gün Şəmkir rayonunda karantin rejimini pozan 3 nəfər həbs edilib, 109-u cərimələnib.
 
Qafqaz Rafiqoğlu