Müğənni Səmra Rəhimli "Maşın”dan getmə səbəbini açıqlayıb.
Gənc ifaçı instaqram səhifəsində status yazaraq ötən gün yarışmanı tərk etməsinə münasibət bildirib.
Səmra qeyd edib ki, maşına digər finalistlərin daha çox ehtiyacı var: "Getmə səbəblərimi sizinlə bölüşmək istəyirəm. Xəyalə Quliyeva və Ranar Musayev maşını çox istəyirdilər. Kim qalib gəlsə, çox sevinərəm. İstəyirəm ki, yeni ildə Xəyalə balalarını maşınla gəzdirsin. Səbəbini açıqlamaq istəmirəm, amma Ranarın da bu maşına ehtiyacı var. Onlar məndən yaşca böyükdürlər.
Mənim üçün şou bir sınaq idi. Özümə bunu sınaq kimi seçdim ki, görüm, insanlar əsl Səmranı tanıya biləcəklər? Çox şadam ki, real həyatdakı Səmranı göstərmək üçün yetərincə vaxtım oldu və finala kimi getdim”. ("Qafqazinfo”)
Şərhlər