Dünya 10:45 14.10.2018

Bir şüşə şərab 558 min, viski isə 843,2 min dollara satıldı (FOTO)

ABŞ-da fantastik qiymətə içkilər satılıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, hərrac Sozebi Hərrac evində keçirilib. Hərracda 1945-ci ildə hazırlanmış "Romanée Conti" adlı 2 şüşə fransız şərabı və 1926-cı ildə hazırlanmış 1 şüşə "Macallan Scotch" viskisi öz alıcısını tapıb.

Şərabların biri 558 min dollara, digəri 496 min dollara, viski isə 843,2 min dollara satılıb.