Serbiya Azərbaycan qazını nə zaman əldə edəcək?

Serbiya Azərbaycan qazını nə zaman əldə edəcək?

Serbiyanın Azərbaycan qazını əldə edəcəyi Bolqarıstan-Serbiya interkonnektoru 2022-ci ildə istifadəyə veriləcək.

Qaynarinfo "Trend"ə istinadən xəbər verir ki, bunu Bolqarıstanla Serbiyanın energetika nazirləri Temenujka Petkova və Aleksandr Antiç təsdiq edib.

T.Petkova serbiyalı həmkarını Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsinin inkişafı barədə məlumatlandırıb.

Onun sözlərinə görə, məqsəd ondan ibarətdir ki, "Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində ildə bir milyard kubmetr qaz Bolqarıstana tədarük olunsun.

Qeyd edək ki, Bolqarıstan-Serbiya interkonnektoru Bolqarıstandan Serbiyaya hər il 1,8 milyard kubmetr, əks isiqamətdə isə 0,15 milyard kubmetr qaz nəql etməyə imkan verəcək.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR