Bu gün Azərbaycan Demokrat Partiyası Ali Məclisinin sessiyası keçirilib. “Qafqazinfo” xəbər verir ki, sessiyada partiyanın prezident seçkisində iştirakı ilə bağlı qərar verilib.
Partiyanın sədri Sərdar Cəlaloğlu prezidentliyə namizəd olub.
“Qafqazinfo” bununla bağlı ADP sədri Sərdar Cəlaloğlu ilə əlaqə saxlayıb. Sərdar Cəlaloğlu yorğun olduğunu və suallarla bağlı partiyanın mətbuat xidmətinin rəhbəri ilə əlaqə saxlamığımızı bildirib.
Qaynar.info
Şərhlər