Dünya 11:07 12.09.2020

Sergey Davidis: "Belarusun hipotetik zəbti Putin üçün yaxşı olmayacaq"

Ürəkdən inanıram ki, Belarus ələ keçirməklə Putin heç bir uğur qazanmayacaq.

Qaynarinfo xəbər verir ki, bu sözləri Memorial İnsan Hüquqları Mərkəzinin Şura üzvü, siyasətçi Sergey Davidis deyib. 

Davidis hipotetik işğalın belə Putinə yaxşı heç nə vəd etmədiyini bildirib:

"Ancaq bu uşğal nə olur-olsun baş verərsə, bunun Putin üçün son dərəcə şübhəli nəticələri olacaq. Krımın ələ keçirilməsi Putinin ovcuna əhalisi ona çox loyal olan və onun avtoritar təcavüzkar siyasətini dəstəkləyən bir ərazi gətirərdisə, Belorusun hipotetik işğalı, əksinə, ona loyal olmayan, Putinə qarşı demokratik müxalifətə potensial rəğbət bəsləyən vətəndaşların sayının artması və kəmiyyət baxımından daha əhəmiyyətli dərəcədə artırardı.
İnanmaq istərdim ki, Putin və Ko bunu başa düşəcək və Belarusa müdaxilədən və müstəqilliyinə birbaşa təcavüzdən çəkinəcək qədər ağıllı olacaqlar”.

Alpər