Ölkə 13:52 22.04.2021

Sərhəddə 122 kiloqram heroin saxlanıldı

Sərhəddən 122 kiloqram heroin keçirilməsi cəhdinin qarşısı alınıb.

Qaynarinfo-nun məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev sosial şəbəkədə yazıb.

S.Mehdiyev deyib: "Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə gömrük orqanlarının səmərəli fəaliyyətinin daha bir uğurlu nəticəsi. Əməliyyatçılarımızın peşəkarlığı nəticəsində 122 kiloqramdan artıq narkotik vasitə-heroinin ölkənin gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısı alındı".