Video 22:53 23.08.2018

"Qarabağ" "Şerif"ə məğlub oldu (VİDEO)

Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir.

Qaynarinfo xəbər verir ki, "Qarabağ" qrupa vəsiqə uğrunda mübarizəyə səfərdə başlayıb və Moldovanın "Şerif" klubunun qonağı olub. Azrəbaycan çempionu ilk matçda 0:1 hesabı ilə yenilib. Yeganə qola 8-ci dəqiqədə Rifet Kapiç imza atıb.

Qeyd edək ki, bu komandalar ötən mövsüm Çempionlar Liqasının III təsnifat mərhələində qarşılaşıb. Bakıdakı ilk oyun 0:0 hesabı ilə yekunlaşıb, səfərdəki qarşılaşmada "Qarabağ" 2:1 hesabı ilə qələbə qazanaraq mərhələ adlayıb. Həmin vaxt "Şerif"ə "Neftçi"nin hazırkı baş məşqçisi Roberto Bordin başçılıq edirdi.

"Qarabağ" indiyədək 3 dəfə - 2014/15, 2015/16 və 2016/17 Avropa Liqasının, 2017/18 mövsümündə isə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
 
Avropa Liqası
Pley-off mərhələsi
İlk oyun

23 avqust
Şerif (Moldova) - Qarabağ (Azərbaycan) 1:0
Qol: Rifet Kapiç, 8. 
Şerif: 33. Sergey Paşçenko, 9. Jo Santos, 15. Kristiano 18. Georgi Anton, 23. Vladimir Kovaçeviç, 39. Ziqi Badibanqa, 55. Mateo Suşiç (k), 77. Yuri Kendış, 88. Rifet Kapiç, 90. Vyaçeslav Posmak, 97. Aleksandru Boyçuk.
Ehtiyat oyunçular: 21. Çebotar, 4. Raku, 7. Rodriqes, 14. Balima, 19. Paliç, 35. Kulişiç, 45. Kamara.
Baş məşqçi: Qoran Sabliç.
Qarabağ: 13. Vaqner, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev,  8. Miçel, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 19. Filip Ozobiç, 28. Con Delarj, 55. Bədavi Hüseynov, 77. Donald Gerrye.
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 17. Abdullah Zubir, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Harald Lexner, Andreas Heydenrex, Maksimilian Kolbim, Yulian Veynberger (Avstriya).
Hakim-inspektor: Vladimir Petrov (Ukrayna).
UEFA nümayəndəsi: Teuvo Holopaine (Finlandiya).
Tiraspol. "Şerif" İdman Kompleksi.