Xəbər lenti

Şərif Şərifov Avropa çempionu oldu
İdman 22:42 10.04.2019

Şərif Şərifov Avropa çempionu oldu

Sərbəst güləş üzrə Azərbaycan milli komandası Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında çıxışını yekunlaşdırıb. 

Qaynarinfo xəbər verir ki, 92 kq çəki dərəcəsində mübarizə aparan Şərif Şərifov final görüşünə çıxıb. O, həlledici qarşılaşmada polşalı Zbiqniyev Baranovskini 9:1 yenərək, karyerasında ilk dəfə Avropa çempionu olub.

Qeyd edək ki, Şərif Şərifovun daha əvvəl Olimpiya və dünya çempionluğu var.

 Saypulla Absaidovun rəhbərlik etdiyi yığmamız qitə birinciliyində 3 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olub. (oxu.az)

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->