Siyasət 23:15 25.12.2017

Serj Sarkisyan: “Münaqişə yalnız sülh yolu ilə həll oluna bilər”

"Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu və razılaşdırılmış formatlar çərçivəsində həll oluna bilər”.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sarkisyan Tbilisidə gürcüstanlı həmkarı Giorgi Marqvelaşvili ilə keçirdiyi birgə brifinqdə deyib.

S.Sarkisyan bildirib ki, Gürcüstan prezidenti ilə görüşdə Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələləri də müzakirə olunub.

G.Marqvelaşvili öz növbəsində deyib ki, regionda bütün çətin məsələlər beynəlxalq hüquq çərçivəsində və danışıqlar yolu ilə həll olunmalıdır.