Ermənistanın mövcud hakimiyyətinin başı daxildəki ciddi problemlərə qarışdığı bir ərəfədə, Nikol Paşinyanın əsas rəqiblərindən biri eks-prezident Serj Sarkisyan ortaya çıxıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, keçmiş prezident sabiq baş nazir Andranik Markaryanın ölümünün 12-ci ildönümü ilə bağlı mərasimə qatılıb. İrəvanda keçmiş baş nazirin məzarını ziyarət edən Sarkisyanı rəhbərlik etdiyi Respublikaçılar Partiyasının üzvləri müşayiət edib. Həmçinin onunla birgə İrəvanın sabiq meri Taron Markaryan, keçmiş müdafiə naziri, Respublikaçılar Partiyasının birinci vitse-prezidenti Viqen Sarkisyan da mərasimdə görünüb.
Xatırladaq ki, A.Markaryan 2000-2007-ci illərdə baş nazir postunu tutub. Məhz onun ölümündən sonra S.Sarkisyan baş nazir kürsüsünü zəbt etmişdi. Keşmiş baş nazirin ölümünün ildönümündə S.Sarkisyanın vurulmuş komanda yoldaşları ilə meydana çıxması heç şübhəsiz ki, yalnız ziyarət məqsədi güdmür, həm də hakimiyyətinin çətin dövrünə adlamış N.Paşinyana mesaj xarakterli tədbirdir.
Şərhlər