Ölkə 19:25 15.02.2019

Sərnişin avtobusu yolu keçən qızı vurub öldürdü

İsmayıllı rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sakinlərin Azvision.az -a verdiyi məlumata görə, rayonun mərkəzi küçəsində Anar adlı sürücünün idarə etdiyi sərnişin avtobusu yolu keçən qızı vurub. 

Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.