Dünya 11:07 12.08.2018

Sərnişin təyyarəsi qəzaya uğradı: 8 nəfər öldü, 1 nəfər sağ qaldı

İndoneziyada sərnişin təyyarəsi qəzaya uğrayıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində təyyarədə olan 9 nəfərdən 8-i ölüb, 1 nəfər sağ qalıb.

İndoneziya Nəqliyyat Nazirliyinin sözçüsü Bambanq Ervan qəzaya uğrayan təyyarənin bu gün səhər saatlarında Papua əyalətinin Okibil qəsəbəsində tapıldığını bildirib.

Ölənlər arasında bir azyaşlı da var.
 
Qəzanın hansı səbəbdən baş verdiyi araşdırılır.