Şərqi Avropanın 9 ölkəsi Rusiyanın dünya arenasında hərəkətlərini qınadı

Şərqi Avropanın 9 ölkəsi Rusiyanın dünya arenasında hərəkətlərini qınadı

Şərqi Avropanın doqquz ölkəsinin başçısı Rusiyanın dünya səhnəsindəki hərəkətlərini tənqid edən bəyanat imzalayıb. 

Qaynarinfo bu haqda "İnterfaks"a istinadla xəbər verir.  Bəyanatda Rusiyanın təcavüzkar hərəkətləri və NATO yaxınlığında hərbi gücünün gücləndirilməsi ilə əlaqəli Avroatlantik təhlükəsizliyə təhdiddən danışılır. 

Bu cür hərəkətlərə Qara dənizdə və Ukrayna ilə sərhəddə son dövrlərdə artan vəziyyət nümunə olaraq göstərilir. Bundan əlavə, sənəddə Rusiya ilə Çexiya arasında münasibətlərin pisləşməsindən bəhs olunur.

İllik sammitin sonunda edilən açıqlamanı Macarıstan, Bolqarıstan, Slovakiya, Çexiya, Estoniya, Latviya, Litva, Polşa, Rumıniya liderləri imzalayıblar.

Xatırladaq ki, Rusiya Federasiyası ilə Çexiya arasında münasibətlər 2014-cü ildə Vrbetitsadakı bir sursat anbarında baş verən partlayışda Rusiyanın iştirak etdiyini elan edən Çex polisinin Rusiya xüsusi xidmət orqanlarına qarşı ittihamları səbəbindən pisləşib. Çexiya səlahiyyətliləri 18 rus diplomatı kəşfiyyat zabiti olduqlarını elan edərək ölkədən çıxarıb. Rusiya Xarici İşlər Nazirliyi də öz növbəsində Çexiyanın Moskvadakı səfirliyinin 20 əməkdaşını ölkədən çıxarıb.

Alpər
X
XƏBƏRLƏR
BLOGLAR