Ölkə 13:30 10.11.2019

Şərqi Azərbaycanda yenidən zəlzələ oldu

İranın Şərqi Azərbaycan əyalətində yenidən zəlzələ olub.

Qaynarinfo xəbər verir ki, Şərqi Azərbaycan əyalətinin Türkmənçay bölgəsində bu gün günorta saatlarında 4.8 bal gücündə yeraltı təkan qeydə alınıb. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.