Dünya 18:24 28.03.2018

Şərqi Quta müxaliflərdən alınır

Yaxın saatlarda Suriyanın Şərqi Quta ərazisində Suriya və Rusiya qüvvələrinin nəzarəti ələ keçirəcəyi gözlənilir.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Bəşər Əsəd müxaliflərin əlində qalan son ərazi olan Duma şəhərini mühasirəyə alıb. Rusiyanın verdiyi vaxtın bitməsinə isə saatlar qalıb. 

Uzun müddətdir müxaliflərə qarşı mübarizə aparan Rusiya və Suriya höküməti əraziyə hava hücumları təşkil edirdi. Bu günə qədər 2 min mülki vətəndaş həlak olub.

BMT Dumada yaşayan 70 min nəfər insanın həyatına görə narahatdır. 

Gülşən