Foto 16:17 02.12.2018

Sərxoş qadın botoks etdirdi, eybəcər hala düşdü (FOTOLAR)

Bir tədbirdə spirtli içki qəbul edərək sərxoş olan qadın dodaqlarına dolğu (botoks) etdirmək qərarına gəlib. Bu qərarı onun eybəcər hala düşməsinə səbəb olub.
 
Qaynarinfo xəbər verir ki, Raçael Knappier adlı qadın avqust ayının sonlarında alnındakı qırışlardan qurtulmaq və sadəcə dostları ilə əylənmək məqsədi ilə rəfiqəsinin evində hazırlanmış "Botoks yığıncağına" yollanıb.
 
Lakin bu prosesi həyata keçirən digər qadının tibbi təhsili olmayan köhnə bir məhkum olduğunu nəzərə almayıb. Nəticədə onun dodaqları normadan iki dəfə artıq şişib və tanınmaz hala düşüb.
 
Fəsadlar o qədər ciddi olub ki, gənc qadın hətta üst dodağını belə itirə bilərmiş.
 
"Rəfiqəm bu kosmetoloqu çox təriflədi, mən də içkinin təsiri ilə yığıncaqda dolğu elətdirməyə qərar verdim" deyə Raçael bildirib.

Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!