Sənət 16:58 22.01.2022

"Səs Azərbaycan"ın finalçıları müəyyənləşdi

İctimai TV-də yayımlanan "Səs Azərbaycan" müsabiqəsinin finalçıları bəlli olub.

Qaynarinfo xəbər verir ki, ötən gün baş tutan buraxılışda hər münsif finala saxladığı iştirakçısının adını açıqlayıb.

Münsif kürsüsündə əyləşən Xalq artisti Brilliant Dadaşovanın komandasından Emil Tağıyev, Tünzalə Ağayevanın komandasından Hidayət Əliyev, müğənni Murad Arifin komandasından Leyla İzzətova və Eldar Qasımovun komandasından isə Nadir Rüstəmov finala vəsiqə qazanıb.

Musiqili yarışmanın final buraxılışı gələn həftə yayımlanacaq. Dörd iştirakçıdan biri "Səs Azərbaycan" qalibi olacaq.