Texnologiya 22:17 16.12.2017

Səsboğucu və rəngləmə qayda pozuntusudurmu?

Avtomobilə səsboğucusu quraşdırmaq, avtomobilin rəngini vinillə dəyişmək qayda pozuntusudurmu ? Bunlar əlavə avadanlıq hesab edilirlərmi ? Bu məqaləmizdə məzh bu mövzuya toxunmuşuq.

Bizim sürücüləri maraqlandıran bu iki suala cavab verməyə çalışacam. İlk olaraq səs boğucusunun dəyişdirilməsi haqqında danışaq. Öncəki məqalədə səsboğucusunun dəyişdirilməsinin qayda pozuntusu olmadığı haqqında bəhs etmişdim.Təkrar etməkdə ziyan yoxdur. Avtomobilin səsboğucusu dəyişdirilə bilər. Əsas olan bu dəyişikliyin rəsmi təmir servislərində aparılmasıdır. Həmçinin avtomobilin dım qazı və səsinin mövcud olan standardtlardan artıq olmamasıdır. Başqa bir sual isə  səs boğucusunun dəyişdirilməsi deyil başlığının dəyişdirilməsidir. Məsələn bu cür başlığın qadağan edilib edilmədiyi daha çox verilın suallardan biridir.Bu başlıq dəm qazına və səsə təsir etmirsə heç bir problem mövcud deyildir deməkdir.Həmçinin bu başlıq avtomobilin markası və modelini dəyişmirsə (bu ümumiyyətlə mümkün deyil) hər hansı bir əlavə avadanlıqdan söhbət gedə bilməz.

Daha bir sual isə bir səsboğucuu avtomobilə ikincisinin qoşulması və ya maket halında olması haqqındadır. Əvvəldə dediyim kimi səboğucusunun dəyişdirilməsi rəsmi servisdə aparılmalıdır. Yox əgər maket şəklində olursa bu zaman da heç bir yoxdur.İlk olaraq bu maketdir və heç bir funksiya daşımır.Heç bir funksiyası yoxdursa deməli avtomobilə təsiri yoxdur. Və hər zaman dediyimiz kimi YHQ 1 saylı əlavəsində mövcud olan nasazlıqlar siyahısında buna rast gəlmək mümkün deyilsə deməli sizə inzibati protokol yazıla bilməz.



Keçək rəng məsələsinə:

Avtomobilin rənginin dəyişdirilməsi çətin bir proses deyil. Bu barədə mən yox DYP rəsmisi Kamran Əliyev danışacaq.

Onun sözlərinə görə, avtomobilin rəngi dəyişdirilərkən onun həm qeydiyyat şəhadətnaməsində, həm də texniki uçot kartında qeydiyyat, yəni dəyişiklik aparılmalıdır. Bu dəyişiklik isə avtomobilin rəngləndiyi təmir müəssisəsinin verdiyi arayış əsasında aparılır.

Arayışda avtomobilin əvvəlki və indiki rəngləri barədə məlumat verilir və rənglənmənin burda aparıldığı göstərilir: "Həmin arayış nəqliyyat vasitəsi ilə birlikdə təqdim olunmalıdır, yəni arayışla birlikdə avtomobilə də baxış keçirilir". Bundan sonra avtomobilin uçot göstəriciləri üzrə həm qeydiyyat şəhadətnaməsində, həm də reyestrdə müvafiq qeydiyyat aparılır: "Bu o məqsədlə edilir ki, sabah bir hadisə baş verəndə belə rəngli avtomobillərin siyahısında barəsində danışılan maşın da olsun".

K.Əliyevin sözlərinə görə, bu proses üçün ümumilikdə 37 manat tələb olunur: "Qeydiyyat haqqı 20 manatdır, əgər həmin şəxs qeydiyyat şəhadətnaməsinin də dəyişdirilməsini istəyərsə, buna görə əlavə 17 manat ödəməlidir".

"Bundan başqa prosedur və ödəmələr yoxdur" - deyən DYP nümayəndəsinin sözlərinə görə, bütün prosedur bir gün ərzində başa çatmalıdır. Avtomobillərin rənginin dəyişdirilməsi ilə bağlı rəsmiləşdirməni ərazi üzrə regional-qeydiyyat-imtahan və texniki baxış şöbələrində etmək mümkündür.

Mənbə: avtostop.tv