Sənət 00:42 23.04.2014

Səsini yaşadaram yaddaşımın səsində

Qələmin bir ucunda əlim,bir ucunda qəlbim,qəlbimin içindən qopub gələn kədərimin qəhərə qovuşması elə bil qələmi maqnitləşdirib gözümə yaxınlaşdırdı,qəlbimin hökmüylə sizi andım,göz yaşlarımı saxlaya bilmədim,elə yaza-yaza da ağladım!

Axı kimdən və necə yazım?!Sizin Yoxluğunuzdanmı?!Hələ qara-şəvə saçlarına dən düşməyən, ömrünün sonlarında taleyin min bir əzablarına duçar olan,çarəsini axtarıb, tapa bilmədiyim qardaşlarımın acı talelərindənmi yazım?Nə yazım,yazım ki,onların dərdlərinə məlhəm tapa bilmədik?!

Kimdən yazım?!

O şəxslərdən yazım ki, mənim yolumda ömürlarini şam tək əridə bildiklari halda,mən onların dərdlərinə çarə tapa bilmədim?!Bir az gileyim də var sizdən.Hər ikinizdən gileyliyəm özü də çox,çox!Gileylənməyim nə edimki,mənə kiçik qardaşınıza olan sonsuz sevginin muqabilində məni tərg etdiniz!Qardaş da qardaşı tənha qoyarmı?!Lakin təsəlli yeri saxlamısınız mənim üçün. “Dərdlərimizə çarə tapılmadı qardaşım”Yalnız budurmu təsəllim?!Yox,bu,təsəllilərdən biridir.Bu, dünyada saxladığınız  əksləriniz-övladlarınızdır. Bir də mənim təsəllim(Təbii ki, qardaşlarımın yerı aydın görünür)

İstəməzdim ki,sizdən gileylənim, qorxuram ki,ruhunuz məndən inciyər.Bağışlayın...
Baxıram məzar daşınıza 1936-2002,1947-2014.Elə bil möcüzədir.Eyni qardaş,az qala eyni ömür,deyilmi?!
Hər ikiniz adınıza laiq yaşadınız,həm də bizləri yaşatdınız.Sizdən sonra sizi tanıyıb,bizi tanımayanlar “kimin oğlu,qızı,qardaşı,bacısı,nəvə-nəticəsisiniz?”sualına sonrakı nəsil qurur hissi,üzüağ cavab verəcək: “filankəsin”.

Böyük qardaşım Hidayət bizim hər ikimizi,siz ikiniz isə məni yaşatdınız.Hər ikinizin adına laiq də mən yaşadım.Əmək fəaliyyətinə fəhlə kimi başlayan qardaşiniz-mən sizin hər ikinizin sayəsində elə məhz sizin qürur mənbəyinə çevrildim. İçimdə alışıb yanan atəşin, yuxarıda yazıya aldığım hissənin əsl səbəbkarı dünyasını yenicə dəyişmiş qardaşım oldu.
18 mart 2014-cu il tarixdə ilaxır çərşənbə axşamı heç zaman təkrarlanması mümkün olmayan,ağrı-acısı mənimlə məzarıma gedəsi bir itkini-əziz qardaşım Alışov Balabəy Əhəd oğlunun ölüm xəbərini eşitdim.Bu xəbər təkcə ailəmizə deyil,onun bütün dost-tanışlarına ağır bir zərbə oldu.Hər şeydən öncə, bu istirabları bizimlə birgə yaşayan,dərdimizə şərik olan bütün insanlara öz minnətdarlığımı bildirir,hamıya böyük ALLAHDAN can sağlığı diləyirəm.Qəlbində Balabəy sevgisi olub,öz ürək ağrılarını ağ vərəqlər üzərinə köçürən,dərd-sərini,qəmini yazdığı hər sözü,sətri ilə boşaldan,internet səhifələrində ayrı-ayrı yazıları ilə qardaşıma olan sevgidən,hörmətdən bəhs edib,bizim qəlbimizə rahatlıq gətirən yazarlara öz təşəkkürümü bildirirəm.

Yazarların biri oğul-ata,biri dost atası,bəzisi iş yoldaşı kimi çıxış etmiş,mərhum qardaşıma olan sevgisini,dunyasını dəyişən insanın vaxtsız həyata “Əlvida” deməsindən yaranan narahatlığını ifadə etmişsə,məndə qardaşını itirən bütün insanların simvolu kimi,qardaş itkisindən yaranan kədərimi,qəmimi bizi tanıyanlarla bölüşdürəsi oldum.

Hadisə olan gecə özüm,balalarım,ailəm,qardaşım və bacım balaları,əmim oğlanları,dostlar,xulasə bir ucu Sibir,Moskva,bir ucu Lerikə qədər telefonumla dinlədiyim,səslərinə-fəryadlarına hönkürtüylə cavab verdiklərimlə keçirtdiyim hisslərimi,əzab-əziyyətimi bütun dünyada ölçə bilən cihaz tapıla bilməz.Onların içərisində üçü yaddaşımda silinməz izlər qoydu.Birincisi qardaşımın böyük oğlu Cəmil Alışovun Moskvadan telefonla mənə zəng edib  “ay əmi,ürəyim partlayır!”deyə,qışqırtısı,Aqil Alışovun “papa,kaş mən öləydim”deyimi,bir də qızım Ülviyyənin yol boyu Bakıdan ardı-arası kəsilməyən telefon zənglərındəki ağlaya-ağlaya mənə  təsəlliedici yalvarışları.


Masallıda səhərin gözü açılmamış Aqillə görüşdük.Mən,o,ailəsi avtobus vağzalındakı fəryadımıza ALLAH özü şahid idi.
“Heç kim unudulmur,heçnə yaddan çıxmır”-deyimi əbəs yerə indi də hafizələrdə yaşamır.Qardaşımın dost-tanışlarımın,ovladlarının yazılarında ayrı-ayrı xatirələr yer alıb ,qələmin diliylə nəql edilib.Məndə isə xatirələr yox,bir insanın bütövlükdə həyatı,uç-dörd il məndən qabaqkı ömrümdən başqa bütün taleyi özünün təcəssümünü tapmışdır.Nəhayət, sonda üzümü qardaşımın ruhuna tutaraq xitab edirəm: “Əziz qardaşım,sənə nəsib olan x əstəliyinə qarşı birgə mubarizə apardıq,çalışdıq,çarpışdıq lakın nəticə hasil olmadı. Oğlanların əsl kişilik,qeyrət numayiş etdirdilər,qizlarınsa sədaqət.Mən də qardaşlıq borcumu şərəflə yerinə yetirdim,çalışdım,əlləşdim.

Masallıdan Bakıya,Ərdəbilə qədər səninlə oldum!Təəssüflər  olsun,nəticəsi ağır oldu.Bu,sənin taleyinmiş,beləcədə olmalıymış!Qoy ruhun rahat olsun!

Həyata bəxş etdiyin övladların səni əbədi yaşatmağa laiqdirlər!Mən də,sənin son səsini yaşadaram,yaddaşımın səsində.ALLAH sənə rəhmət eyləsin.

Qardaşım Alışov Balabəy Əhəd oğlunun əziz xatirəsinə ithaf edirəm.  

Yaddaşımın səsində.
 
Bir bahar səhərində telefonum səsləndi,
Baxdım,həmin nömrəydi,həmsöhbətim dilləndi:
-Salam; bayramınız mübarək!Sizi xoş gördük!
 -Sizində bayramınız olsun mübarək!-dedim.
 Nə üçün tez durmusan,hələ ki axşama çox,
Lap tələsgən olmusan,səndə heç dözüm də yox.
 -Burda işıqlar sönüb,nə qədər havalar xoş
  Tez danışmaq istədim,dünyaya etibar yox...
Dedim bir az danışaq,bayramlaşaq,dərdləşək...
 Xeyli deyib-danışdıq,dərdimizi bölüşdük.      
 May ayında Təbrizə getməkçün vədələşdik.
-Özüm yaxşıyam,-dedi,elə bir mərəzim yox...
Hər şey qaydasındadır heç nəyə ehtiyac yox...
 Danışırdı,gülürdü,elə bil can evindən,
Bütün dərdi-sərini,ağrı-acılarını
Atıb vermişdi yelə,dil-dil ötürdü belə...
Görüşmək ümidiylə ayrıldıq gülə-gülə.
Ötən il eyni gündə-Çərşənbə axşamında.
Oğlum qəzaya düşdü,elə bil can evindən-
 Bədəndən ruhum qopub,bir heçliyə qovuşdu,
Salamatlıq olsa da ,qəm-kədərlə üzləşdik.
Bir el sözü hər zaman yadıma düşən kimi
Qorxurdum,hüşənirdim,ürəyim üşüyürdü
Ürəyim qanadlandı,fərəhləndim özüm də.
Çərşənbə bayramımız xətasız ötüşəndə,
"Daha təhlükə ötdü"   tez qapandı gözüm də.
 ("Sən saydığını say,gör fələk nələr sayır"  )
Nə biləydim başıma daha nələr gələcək?!
Baharım xəzəl olub bağçanı tərk edəcək
Məni tənha saxlayıb başqa bağa köçəcək?
Gecə saat iki qırx, telefon dilə gəldi,
Dərhal ayağa durdum,yuxum ərşə çəkildi.
Bütün vücudum əsdi,ürəyim vurdu,durdu                                                                        
Elə bil dağ başında məni ildırım vurduş
Taqətsiz bədənimi suruyən ayaqlarım
Sanki böyük daş olub,üstümdən asılmışdı
"Allo"  ,-dedim,duruxdum,sakitcə qulaq asdım,
Tanıdım,bu səs mənə doğma bir səsdir
"Əmi,vəziyyət daha ağır,daha olubdur çətin,
dayanmaq vaxtı deyil,özünü bizə yetir"...
Son sözündə dözmədi,sezdim,dodağı əsdi
Telefonun susması sanki ümidim kəsdi...
Qapandı kirpiklərim qəlbimin atəşindən,
Qəm yağışı axaraq düymələndi gözümdə,
Axıb selə çevrildi,izlər açdı üzümdə
Qardaşımın son səsi bir bülbültək dil açıb,
Təkrarən səslənirdi yaddaşımın səsində...


  Ağayev Rövşən Əhəd oğlu,
Azərbaycan Respublikasının əməkdar müəllimi.