Ekonomiks 23:32 09.10.2017

Səudiyyə Ərəbistanı neft hasilatı həcmini rekord səviyyədə azaldır:Neft bahalaşacaq

Səudiyyə Ərəbistanı noyabr ayında neft hasilatını rekord səviyyədə azaltmaq niyyətində olduğunu bəyan edib. Virtualaz.org xəbər verir ki, bunu “Bloomberg” agentliyi ölkənin Energetika, Sənaye və Mineral Ehtiyatlar Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən bildirib.

Qurumun nümayəndəsinin sözlərinə görə, Səıudiyyə Ərəbistanının “Saudi Arabia Oil Co.” (Saudi Aramco) neft şirkəti “tarixi ərzində ən böyük hasilat ixtisarı edəcək”.

Planlaşdırıldığına görə, “Aramco” gündəlik neft hasilatını 560 min barrel azaldaraq 7,15 milyon barrelə çatdıracaq. Hazırda Səudiyyə Ərəbistanında sutkalıq 7,7 milyon barrel neft hasil edilir.

Proqnozlaşdırmaq çətin deyil ki, bu addım dünya bazarında neftin bahalaşmasına gətirib çıxaracaq.

Qaynarinfo.Az