Ölkə 19:11 24.12.2018

Səudiyyə Ərəbistanının yeni səfiri Bakıya gəldi

Xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanının Azərbaycana yeni təyin olunan səfiri Hamad Abdulla Xudayiri qəbul edib.
 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, görüş zamanı ikitərəfli siyasi münasibətlərin inkişafından məmnunluğunu ifadə edən tərəflər iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini, o cümlədən biznes forumların keçirilməsinin vacibliyini vurğulayıblar. Habelə tərəflər enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
 
Səfir Hamad Abdulla Xudayir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib. XİN rəhbəri yeni səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb