Dünya 17:26 13.11.2018

Səudiyyə şahzadəsi İran rəhbərlərinə sui-qəsd hazırlayır

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman İranın yüksək vəzifəli məmurlarına sui-qəsd planı hazırlayır.

Qaynarinfo xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif təsdiqləyib. O, Tehranın bu məsələdə etibarlı mənbələrdən əldə olunmuş informasiyalara sahib olduğunu bildirib.

Zərif həmçinin Səudiyyənin İrana qarşı fəaliyyətlərinə görə xəbərdar edilməsindən sonra ölkədə terror fəaliyyətlərinin artdığını diqqətə çatdırıb.

"Qətərin təcrid olunması, Yəmənin bombalanması, Livan baş nazirinin həbs olunması və Camal Qaşıqçının öldürülməsi hadisəsindən sonra bütün dünyanın gözü Ər-Riyadın üzərindədir", - deyə İran XİN rəhbəri bildirib.