Dünya 17:04 16.10.2018

Səudiyyə şahzadəsi: "Məni də qaçırtmaq istəyirlər"

Son həftələrdə jurnalist Camal Qaşıqçını İstanbulda yerləşən Səudiyyə Ərəbistanı konsulluğundan oğurlayıb öldürməkdə ittiham edilən Səudiyyə hökümətinə qarşı növbəti ittiham irəli sürülüb.

Qaynarinfo xəbər verir ki, Almaniyada yaşayan Səudiyyə şahzadəsi Xalid İbin Fərhan Əl Saud ölkəsinin onu qaçırtmaq istəməsindən danışıb. Şahzadə bildirib ki, jurnalistin itkin düşməsindən bir neçə gün əvvəl qohumlarından biri onun maddi vəziyyətini yaxşılaşdırmaq üçün göndərdiyi pul çekini almaq üçün Qahirədəki səfirliyə getməli olduğumu dedi, lakin mən bunun məni tutmaq məqsədilə təşkil edilmiş tələ olduğunu anladım. 

Əl Saud həmçinin qeyd edib ki, Qaşıqçının taleyi onu da gözləyirdi.

Səudiyyə Ərəbistanı höküməti bu iddiaya hələlik cavab verməyib.

Gülşən