Dünya 18:09 15.03.2018

Səudiyyə vəliəhdi: "Nüvə bombası əldə edəcəyik"

Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd İbin Salman İranın nüvə bombası əldə edəcəyi təqdirdə eyni addımı atacaqlarını bildirib.

Qaynarinfo xəbər verir ki, CBS kanalına danışan vəliəhd bu fikirləri səsləndirib:
"Səudiyyə Ərəbistanı nüvə bombası əldə etmək istəmir. Amma şübhəsiz ki, İran nüvə bombasına sahib olsa, mümkün ən qısa vaxtda eyni addımı atacağıq".

Qeyd edək ki, iki ölkə Yaxın Şərqdə, xüsusilə Yəməndə liderlik uğrunda mübarizə şəraitindədir.

Gülşən