Ekonomiks 14:10 21.02.2019

Səudiyyədən Hindistana 100 milyardlıq investisiya

Səudiyyə Ərəbistanı Hindistana 100 milyard dollarlıq investisiya yatıracaq.

Qaynarinfo xəbər verir ki, ötən gün Səudiyyə Vəliəhdi Məhəmməd bin Salman Hindistanın paytaxtı Yeni Delhiyə səyahət edərək baş nazir Narendra Modi ilə görüşüb. Tərəflər turizm, iqtisadiyyat, məskunlaşma, nəşriyyat sahəsində 5 saziş imzalayıb və Hindistana 100 milyard dollar investisiya barədə razılaşıblar. Məbləğin 11 milyardı Maharaştra əyalətində petrokimya zavodunun tikintisinə, digər hissəsi isə müxtəlif iqtisadi əməkdaşlıq layihələri üçün xərclənəcək. 

Gülşən