Maqazin 11:01 09.04.2019

Sevda Sanəliyeva: "Həyat yoldaşımın işinə görə susuram"

Müğənni Sevda Sanəliyeva verilişlərə çıxmamasının səbəbini açıqlayıb.
 
Qaynarinfo axsam.az-a istinadən xəbər verir ki, sənətçi "Hər şey daxil" proqramında qalmaqallardan uzaq olmağa çalışdığnı bildirib:

"Verilişlərə uzun müddətdir "yox" deyirəm, yəni seçib çıxıram. Əgər mövzu qalmaqaldırsa, istəmirəm. Qorxaq deyiləm, cavab verə bilərəm, amma istəmirəm. Sadəcə, ailəmə, həyat yoldaşıma, onun işinə görə susuram, çəkilirəm qırağa. Cavab verəndə deyirlər, niyə aqressivsən? Əsəbi insanam, tez özümdən çıxıram. Cavab verməyəndə isə deyirlər, qorxur, başı aşağıdır".