Video 13:53 14.02.2019

Sevgi, yoxsa məntiq evliliyi? (VİDEO)

Deyirlər, insan həyatda iki şeyi seçərkən diqqətli olmalıdır ki, gələcəkdə peşmanlıq çəkməsin. Bunlardan biri ixtisas, digəri isə həyat yoldaşı seçimidir. Birinci yanlışı düzəltmək mümkündürsə, ikincini düzəltmək bir qədər çətin məsələdir. Bu səbəbdən də həyat yoldaşı seçimini mümkün qədər diqqətli etmək lazımdır.

Bəs, evlilikdə məntiqimizi, yoxsa ürəyimizi dinləməyilik?

ARB TV-nin "Günə Doğru” proqramında mövzu ilə bağlı süjet hazırlanıb.

Sakin: "Ürək hər zaman insanı yanıldır, mütləq və mütləq məntiq evliliyi. Təhsil alıb, sənət seçib ondan sonra ailə qura bilər”.

Sakin: "Təhsil alıb ev alıb ondan sonra evlənmək, ailə qurmaq lazımdır”.

Sakin: "Ağıl da omalıdır, sevgi də olmalıdır. Səbr, dözüm, inam hər şey olmalıdır”.

Evlilik ciddi addımdır, istər oğlan istərsə də qız ailə qurarkən özünü bu məsuliyyətə hazır hiss etməli və özünə ən uyğun olan seçimi etməlidir.

Elvüsal Məmmədov – Sosioloq: "İstər ailədə, istərsə də yerli mühit onu psixoloji cəhətdən evliliyə hazırlayır. Əksər hallarda bu cür evliliklər xoşbəxtliklə tamamlanır”.

Vəfa Əkbər – Psixoloq: "Müəyyən bir yaş dövrü var ki, o yaşadək insan yalnız öz üzərində çalışmalıdır və özünü tanımalıdır. Bu da 20 yaşdan sonraya düşür. 20 yaşadək qurulan bütün ailələr sadəcə instiklər, duyğular hətta yanılmalar üzərində qurulur”.

Ailədə məsuliyyət, xüsusilə də maddi yük kişilərin üzərinə düşür.

Elvüsal Məmmədov – Sosioloq: "Ailə üçün minimum nə tələb olunursa yaxşı olardı ki, oğlan uşaqları bunu özləri üçün təmin etsinlər, ondan sonra ailə qursunlar. Xüsusən də şəhər mühitində təhsilin alınmağı, yaxşı işin tapılması evlilikdən qabaq görüləcək mühüm addımlardır”.

Psixoloqlar hesab edirlər ki, könül sevən göyçək olmaqla deyil, xoşbəxt olan o kəslərdir ki, həyatda yarını tapmış olsunlar.

Vəfa Əkbər – Psixoloq: "Nə zamanki özlərinin dünyagörüşlərini həqiqətən də doğru formalaşdığını və çevrəsinin artıq istədiyi kimi olduğunu gördükdə o zaman özünə uyğun, özünə xas və eyni psixoloji yaşda olan insanla evlənsə o münasibət daha möhkəm olar, daha uzun müddətli olar”.

Ailə müqəddəsdir, bu dəyərə sahib olmaq, onu qorumaq məsuliyyət tələb edir. Bunun üçün sağlam seçim etmək, gələcəyinizi etibar edəcəyiniz doğru adamı tapmaq isə olduqca vacibdir.