Maqazin 13:58 23.06.2020

Sevgilisini bıçaqlayan azərbaycanlı model hakim qarşısına çıxdı

Türkiyədə sevgilisi Taha Tatlıcını bıçaqlamaqda günahlandırılan azərbaycanlı model Günay Musayeva hakim qarşısına çıxıb.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Cəza Məhkəməsində baş tutan prosesdə hakim məhkəmənin ertələnməsinə qərar verib. Məşhur model ifaəsində özünü qorumaq üçün bunu etdiyini deyib.
 
"Sevgilimlə axşam birlikdə yemək yedik, içki içdik, daha sonra mənim evimə getdik. Evdə oturarkən içkinin də təsirindən aramızda mübahisə düşdü. Taha məni vurdu. Mətbəxə keçib masanın üzərindəki müyvə bıçağını əlimə aldım. Özümü qorumağa çalışırdım. Üzərimə gələndə yaxınlaşmaması üçün bıçağı fırladanda qoluna dəydi. Yüngül yaralandı. Hadisədən sonra yenə barışdıq. Hökmü məhkəmənin ixtiyarına buraxıram".

Qeyd edək ki, insident martın 19-da baş verib. Günay Musayeva evdə sevgilisi Taha Tatlıcı ilə mübahisə etdikdən sonra mətbəx bıçağı ilə ona hücum edib. Hadisə zamanı qolundan yaralanan Tatlıcının polisə şikayətindən sonra azərbaycanlı model barəsində adam yaralamaq maddəsi ilə cinayət işi açılıb. Bir neçə dəfə məhkəmənin çağırışlarına getməyən modelin daha sonra saxlanılması barədə qərar çıxarılıb.
 
Camal