Video 09:49 31.10.2018

Sevil-Sevinc bacılarının 1 milyonluq klipi "Youtube"dan silindi (VİDEO)

Sevil-Sevinc Səfərovanın DJ Roşkayla birgə layihəsi olan "Azəri Mashup” "Youtube”dən silinib.
 
Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, ötən həftə təqdim olunan və 1 milyon 300 mindən çox baxış toplayan klip müəllif hüquqlarının pozulması ilə bağlı paylaşım platforması tərəfindən blok edilib.

Səbəb isə əkizlərin layihədə İradə Mehrinin "Yenə də” mahnısını icazəsiz oxumasıdır. Bundan narahat olan İ. Mehri  sosial şəbəkə rəhbərliyinə müraciət edərək Sevil-Sevincin klipini sildirib. Əkizlərin İT xidməti isə qısa müddətdə problemi həll etməyə nail olub, silinən klip bərpa edilib. 

Bu məqamda bildirək ki, İradə Mehri daha öncə "Sevmişdin” adlı mahnını icazəsiz ifa edən Damlanın klipini "Youtube”dən sildirmişdi.